Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.
APA xəbər verir ki, bu gün sülhməramlılara məxsus bir minik, dörd təminat maşını Laçından Xankəndinə maneəsiz keçid edib.
Aksiya iştirakçıları avtomobillərin hərəkəti üçün dəhliz açıb.