Vahid Əhmədov: “Son günlər Prezident tərəfindən çox ciddi fərmanlar imzalanıb” - VİDEO

Vahid Əhmədov

© APA | Vahid Əhmədov

# 24 dekabr 2021 11:51 (UTC +04:00)

“Son günlər Prezident İlham Əliyev tərəfindən çox ciddi fərmanlar imzalanıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bir həftə ərzində təxminən 4 milyon insanın maaşının artması ilə əlaqədar fərman imzalanıb: “Prezident İlham Əliyevin imzaladığı əsas fərmanlardan biri Birinci Qarabağ müharibəsi əlili olan hərbçilərə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox ciddi addımlar atılıb. Dövlət başçısı Azərbaycan xalqının sosial vəziyyətini hər zaman ön plana çəkib. Prezidentin apardığı siyasət Azərbaycan 2022-ci ildə də problemlərin həllində mühüm nəticələrə gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR