Amerikalı müşahidəçilər: “Seçkilər qaydalara uyğun keçirildi”

Amerikalı müşahidəçilər: “Seçkilər qaydalara uyğun keçirildi”
# 09 fevral 2020 22:48 (UTC +04:00)

“Bu gün bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdim. Müşahidələrim zamanı heç bir insident qeydə alınmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi Mitch Silberman mətbuat konfransında deyib.

“Biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, -deyə o qeyd edib.

Digər amerikalı müşahidəçi,
Buxara yəhudilərinin ABŞ və Kanada üzrə koordinatoru Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib: "ABŞ və Azərbaycan arasında seçki praktikasında müəyyən fərqlər var. Azərbaycanda seçki zamanı görünməyən mürəkkəblərindən istifadə marağıma səbəb oldu. Eyni zamanda, mən bir yəhudi olaraq deyim ki, Azərbaycanda dini azlıqların nümayəndələrinə hörmət var. Mən burada Albert Aqanurovun abidəsini və Şəhidlər xiyabanını ziyarət etdim. Azərbaycanda Aqanurovun xatirəsini hörmətlə yad edirlər. Buna görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm".

ABŞ ictimaiyyətinin müşahidə missiyasının üzvü, San-Dieqo Universitetinin professoru Martin Kruming bildirib ki, Azərbaycanda azad seçkilər və demokratiya uğrunda aparılan mübarizəyə şahidlik ediblər: “Bu baxımdan Azərbaycan digər ölkələrə parlaq nümunədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR