Azərbaycan Prezidenti: “Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”

Azərbaycan Prezidenti: “Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”
  • Clock-gray 14:44
  • calendar-gray 07 Yanvar 2021

“Azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməlidir. Bu barədə artıq danışıldı”.

APA-nın xəbərinə görə, bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib. 

Prezident bildirib ki, ən müasir suvarma sistemləri təşkil edilməlidir:.”Nəzərə alsaq ki, su mənbələri də kifayət qədər çoxdur”.

“Enerji təchizatı ilə bağlı artıq burada məruzə edildi, bütün göstərişlər verildi. Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

apa-logo-mini

Digər xəbərlər