Azərbaycandan kənara çıxarılmış tarixi əşyaların ölkəyə qaytarılmamasına görə cəzanın müddəti azaldılır

Azərbaycandan kənara çıxarılmış tarixi əşyaların ölkəyə qaytarılmamasına görə cəzanın müddəti azaldılır
# 13 aprel 2020 15:13 (UTC +04:00)

Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama ilə əlaqədar cəza dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə və parlamentin plenar iclasına tövsiyə olunan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, qanunvericiliyə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliyə əsasən, maksimum azadlıqdan məhrum etmə müddəti 8 ildən 7 ilə endirilir. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR