Bakıda daha bir avtoyürüş keçirilib

Bakıda daha bir avtoyürüş keçirilib
# 25 noyabr 2020 13:14 (UTC +04:00)

Kəlbəcər rayonunun düşmən işğalından azad edilməsi münasibətilə Bakıda yürüş keçirilib.

APA-nın xəbərinə görə, günorta saatlarından etibarən paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısından başlayaraq qələbə avtoyürüşünə start verilib.

27 ildən sonra doğma yurd-yuvalarına qovuşan vətəndaşlar Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillərlə qələbəni böyük sevinc hissi ilə qeyd ediblər.

Qeyd edək ki, 1993-cü ildə Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonu 44 gün davam edən müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanan sənədə uyğun olaraq noyabrın 25-də Azərbaycana qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR