Bir sıra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bir sıra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub
  • Clock-gray 13:30
  • calendar-gray 04 May 2020

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq gündəlik barədə məlumat verib.

Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır.

Layihə barədə danışan Fəzail İbrahimli diqqətə çatdırıb ki, adları çəkilən sənədlərə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi ilə bir sıra düzəlişlər təklif olunur.

İclasda iştirak edən komitə üzvləri Sahib Alıyev, Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov, Cavanşir Paşazadə layihə barədə öz fikirlərini açıqlayıblar, dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.  

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date