Bələdiyyələrin su təsərrüfatı müəssisələrinin əsas vəzifəsi müəyyənləşib

Bələdiyyələrin su təsərrüfatı müəssisələrinin əsas vəzifəsi müəyyənləşib
# 01 aprel 2020 15:21 (UTC +04:00)

Tullantı sularını təmizləyərək təkrar dövriyyəyə yönəltmək bələdiyyələrin su təsərrüfatı müəssisələrinin əsas vəzifəsi kimi müəyyənləşir.

APA-nın məlumatına görə, bu, “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Yalnız tullantı sularını təmizləyərək təkrar dövriyyəyə yönəltmək mümkün olmadıqda bələdiyyələrin su təsərrüfatı müəssisələri tullantı sularını zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təmin etməlidir.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR