Deputat Bakıda Qəhrəmanlar parkının salınmasını təklif edib

Deputat Bakıda Qəhrəmanlar parkının salınmasını təklif edib
  • Clock-gray 12:57
  • calendar-gray 26 Noyabr 2020

“Hər bir şəhid ailəsi öz övladının adının əbədiləşdirilməsi ilə bağlı müraciət edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat təklif edib ki, Bakıda Qəhrəmanlar parkı salınsın və ikinci Qarabağ savaşında şəhid olanların adları burada əbədiləşdirilsin: “Beləliklə heç bir valideyn narazı qalmasın. Onların övladlarının adı əbədiləşdirilsin. Əks təqdirdə bir şəhidin adı əbədiləşdirilir, digəri əbədiləşdirilmir, inciklik yaranır. Bu təklifimi Nazirlər Kabinetinə də göndərəcəyəm”.

Sədr Sahibə Qafarova da bildirib ki, bu, çox həssas məsələdir: “Bu məsələ nəzərimizdə olacaq”.

I vitse-spiker Əli Hüseynli isə qeyd edib ki, həm şəhid ailələri, həm yaralılarla bağlı bütün məsələlər Ali Baş Komandanın nəzarətində və diqqətindədir: “Əgər ehtiyac olsa, qanunvericiliklə bağlı nəyisə etməyə, onu parlament mütləq edəcək”.

Firuzə Vahid

Digər xəbərlər