Deputat: “Başqa ölkədə cinayət sayılmayan əməl Azərbaycanda cinayət sayıla bilər”

Deputat: “Başqa ölkədə cinayət sayılmayan əməl Azərbaycanda cinayət sayıla bilər”
# 12 fevral 2021 13:03 (UTC +04:00)

“Vətəndaş hər hansı xarici dövlətdə cinayət sayılmayan əməli edirsə, Azərbaycana qayıdandan sonra buna baxıla bilər. Həmin ölkədə cinayət məsuliyyəti hesab edilməyən hal Azərbaycanda cinayət sayıla bilər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, deməli onlar cinayətə cəlb olunacaqlar: “Yəni Azərbaycan vətəndaşı hansısa ölkədə cinayət sayılmayan psixotrop maddəni Azərbaycana gətirirsə, bu maddə bizdə cinayət məsuliyyətinə səbəb olursa, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR