Deputat Naxçıvana gediş-gəlişin bərpasını təklif edib

Deputat Naxçıvana gediş-gəlişin bərpasını təklif edib
# 31 may 2020 12:20 (UTC +04:00)

“Bu saziş Azərbaycan tarixində ən əhəmiyyətli sənədlərdən biridir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu sənəd uzun illərdir, müzakirə edilirdi: “Bu proses nəhayət ki baş verdi. Bunu İranla da tətbiq etmək olar. Ancaq bu, yalnız İranın Ermənistana verdiyi dəstəyi dayandırdığı halda baş verə bilər. Türkiyədə çalışan insanların taleyi ilə bağlı məsələlərə də diqqət yetirməliyik. Eyni zamanda orada on minlərlə azərbaycanlı uşaq sənədi olmadığına görə təhsil ala bilmir”.

Deputat Siyavuş Novruzov isə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ancaq Türkiyə ilə gediş-gəlişi var: “Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır. Biz Azad İqtisadi zonalar yaradırıq. Balaca bölgəni bu cür edə bilmərik? Əlbəttə edə bilərik. Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, bu sənəd qardaş Türkiyə ilə Azərbaycan arasında daha çox gediş-gəlişin artmasına şərait yaradacaq: “Bununla bərabər Türkiyədə qeyd edirlər ki, Avropa ölkələrinə Azərbaycandan daha ucuz qiymətə gedirlər. Azərbaycanla Türkiyə arasında biletlər olduqca bahadır. Türkiyədən bizə insanların gəlməsi turizmin canlanmasına da töhfə verə bilər. Ona görə də hava yolları şirkətlərini bu qiymətlərin endirilməsinə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR