Dövlət bayrağının Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib

Dövlət bayrağının Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib
  • Clock-gray 12:27
  • calendar-gray 03 Dekabr 2019

Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qanunun 8-ci maddəsinin (Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi) 8.2-ci bəndinə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı” sözləri əlavə edilib.

Təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

 

Digər xəbərlər