Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir

Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir
# 31 mart 2020 19:58 (UTC +04:00)

Azərbaycanda energetik içkilərin uşaqlara satılması, eləcə də energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağan ediləcək.

APA-nın məlumatına görə, bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, energetik içkilərin uşaqlara satılması, energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Eyni zamanda energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR