Gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik məlumat MM-də ilk dəfə dinləniləcək

Gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik məlumat MM-də ilk dəfə dinləniləcək
# 29 dekabr 2020 14:58 (UTC +04:00)

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı sabah Milli Məclisdə dinləniləcək.

APA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı Komitənin sədri Bahar Muradova təqdim edəcək.

Qeyd edək ki, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı MM-də ilk dəfə dinləniləcək. Məlumat 2019-cu ili əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR