Keçmiş deputat Araz Əlizadə koronavirusa yoluxub

Keçmiş deputat Araz Əlizadə koronavirusa yoluxub
# 27 iyul 2020 16:13 (UTC +04:00)

Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

APA-nın məlumatına görə, A.Əlizadə “Yeni klinika”ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub.

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi “Yeni klinika”da davam etdirilir.

A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR