Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib - YENİLƏNİB-3

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib - YENİLƏNİB-3
  • Clock-gray 12:15
  • calendar-gray 05 Mart 2020

Konstitusiya Məhkəməsi 9 fevral tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

APA-nın məlumatına görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

Beləliklə, Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən seçki dairələri üzrə deputat seçilmiş aşağıdakı şəxslərin deputat statusları təsdiq edilib:

1 saylı Şərur-Sədərək seçki dairəsi - Talıbov Vasif Yusif oğlu

2 saylı Şərur seçki dairəsi - Həbibbəyli İsa Əkbər oğlu

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi - Möhbalıyev Səttar Suliddin oğlu

4 saylı Naxçıvan şəhər seçki dairəsi - İbrahimov Eldar Rza oğlu

5 saylı Şahbuz-Babək seçki dairəsi - Novruzov Siyavuş Dünyamalı oğlu

6 saylı Culfa-Babək seçki dairəsi - Həmzəyeva Ülviyyə Tapdıq qızı

7 saylı Ordubad-Culfa seçki dairəsi - Quliyev Cəbi Hüseyn oğlu

8 saylı Binəqədi birinci seçki dairəsi - Quliyev Azay Əjdər oğlu

9 saylı Binəqədi ikinci seçki dairəsi - Qafarov Kamaləddin Nəsrəddin oğlu

10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Madər Əliəsgər oğlu

11 saylı Qaradağ seçki dairəsi - Hüseynov Aydın Nəsir oğlu

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi - Xasayeva Səbinə Səməd qızı

13 saylı Xəzər-Pirallahı seçki dairəsi - Əliyev Rauf Asif oğlu

14 saylı Xəzər seçki dairəsi - Məmmədov Soltan Teymur oğlu

15 saylı Yasamal birinci seçki dairəsi - Quliyev Ülvi Zahid oğlu

16 saylı Yasamal ikinci seçki dairəsi - Qədirli Erkin Toğrul oğlu

17 saylı Yasamal üçüncü seçki dairəsi - Allahverdiyev Elnur Marat oğlu

18 saylı Nərimanov-Nizami seçki dairəsi - Musabəyov Rasim Nəsrəddin oğlu

19 saylı Nərimanov birinci seçki dairəsi - Məmmədov Hikmət Baba oğlu

20 saylı Nərimanov ikinci seçki dairəsi - Əliyev Adil Abış oğlu

21 saylı Nəsimi birinci seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim

22 saylı Nəsimi ikinci seçki dairəsi - Mollazadə Asim Nazim oğlu

23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas oğlu

24 saylı Nizami birinci seçki dairəsi - Nurullayeva Könül Oruc qızı

25 saylı Nizami ikinci seçki dairəsi - Vəliyeva Sədaqət Suleyman qızı

26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər oğlu

27 saylı Sabunçu ikinci seçki dairəsi - Salahzadə Əliabbas Qalib oğlu

28 saylı Sabunçu üçüncü seçki dairəsi - Quliyev Eldar Allahyar oğlu

29 saylı Səbail seçki dairəsi - Arpadarai Nigar Cavid qızı

30 saylı Suraxanı birinci seçki dairəsi - Fətəliyeva Sevinc Həbib qızı

31 saylı Suraxanı ikinci seçki dairəsi - Əliyev Etibar Qasım oğlu

32 saylı Suraxanı üçüncü seçki dairəsi - Həsənova Afət Əbil qızı

34 saylı Xətai ikinci seçki dairəsi - Zabelin Mixail Yuryeviç

36 saylı Xətai dördüncü seçki dairəsi - Həsənquliyev Qüdrət Müzəffər oğlu

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi - Kərimzadə Pərvin Orxan qızı

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi - Həmzəyev Naqif Ələşrəf oğlu

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi - Cəfərov Müşfiq Cəfər oğlu

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi - Quliyev Musa İsa oğlu

41 saylı Sumqayıt birinci seçki dairəsi - Hüseynova Hicran Kamran qızı

42 saylı Sumqayıt ikinci seçki dairəsi - Mirkişili Tahir Famil oğlu

43 saylı Sumqayıt üçüncü seçki dairəsi - Hacıyev Emin Məcid oğlu

44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Məmmədli Müşfiq Fazil oğlu

45 saylı Abşeron seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu

46 saylı Şirvan seçki dairəsi - Yusifov İltizam Balayusif oğlu

47 saylı Mingəçevir seçki dairəsi - Mirzəzadə Aydın Böyükkişi oğlu

48 saylı Yevlax seçki dairəsi - Məmmədov İlham Kazım oğlu

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi - Hüseynli Əli Məhəmməd oğlu

50 saylı Abşeron-Qobustan seçki dairəsi - Seyidzadə Şahin Kamil oğlu

51 saylı Qusar seçki dairəsi - Badamov Azər Camal oğlu

52 saylı Quba seçki dairəsi - Əhmədov Vahid Qazməmməd oğlu

53 saylı Quba-Qusar seçki dairəsi - Rafailov Anatoliy Xaimoviç

54 saylı Şabran-Siyəzən seçki dairəsi - Qurbanov Sadiq Haqverdi oğlu

55 saylı Xaçmaz şəhər seçki dairəsi - Səlimov Eldəniz Adil oğlu

56 saylı Xaçmaz kənd seçki dairəsi - Mikayılova Sevil Əlirazı qızı

57 saylı Kürdəmir seçki dairəsi - Ağazadə Əminə Həmid qızı

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi -  Hüseynov Rafael Baba oğlu

59 saylı Salyan seçki dairəsi - Əhmədova Jalə Fərhad qızı

60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim oğlu

61 saylı Neftçala seçki dairəsi - Rüstəmxanlı Sabir Xudu oğlu

62 saylı Saatlı seçki dairəsi - Ələkbərov Əziz Yusif oğlu

63 saylı Sabirabad birinci seçki dairəsi - Cəfərov Kamal Xaqani oğlu

64 saylı Sabirabad ikinci seçki dairəsi - Məmmədov Ramin Ələmşah oğlu

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi - Əmiraraslanov Əhliman Tapdıq oğlu

66 saylı Biləsuvar seçki dairəsi - Məhərrəmov Bəhruz Abdurrəhman oğlu

67 saylı Cəlilabad şəhər seçki dairəsi - Həsənov Malik Əvəz oğlu

68 saylı Cəlilabad kənd seçki dairəsi - Nəsirov Elman Xudam oğlu

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi - İbrahimli  Fəzail Feyruz oğlu

70 saylı Masallı şəhər seçki dairəsi - Məmmədov Məşhur Şahbaz oğlu

71 saylı Masallı kənd seçki dairəsi - İsgəndərov Anar Camal oğlu

72 saylı Yardımlı-Masallı seçki dairəsi - Qasımlı Musa Cəfər oğlu

73 saylı Lənkəran şəhər seçki dairəsi - Quliyev Rüfət Atakişi oğlu

75 saylı Lənkəran-Masallı seçki dairəsi - Paşazadə Cavanşir Hümmət oğlu

76 saylı Lənkəran-Astara seçki dairəsi - Əsgərov Ziyafət Abbas oğlu

77 saylı Astara seçki dairəsi - Mahmudov Rəşad Məmmədqulu oğlu

78 saylı Lerik seçki dairəsi - Məmmədov İqbal Nəriman oğlu

79 saylı İmişli seçki dairəsi - Nurullayev Razi Qulaməli oğlu

81 saylı Beyləqan seçki dairəsi - İsmayılov Şahin Əmir oğlu

82 saylı Ağcabədi seçki dairəsi - Rzayev Tahir Musa oğlu

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi - Abbasov Aqil Məhəmməd oğlu

84 saylı Füzuli seçki dairəsi - Bayramov Vüqar İbad oğlu

85 saylı Şamaxı seçki dairəsi - Cəfərova Tamam Şaməmməd qızı

86 saylı İsmayıllı seçki dairəsi - Aslanov Novruzəli Davud oğlu

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi - Kərimli Tahir Zayıdağa oğlu

88 saylı Göyçay seçki dairəsi - Hacıyev Sabir Kamal oğlu

89 saylı Göyçay-Ağdaş seçki dairəsi - Əfəndiyev Məzahir Cavid oğlu

90 saylı Ağdaş seçki dairəsi - Osmanov Cavid Həmid oğlu

91 saylı Ucar seçki dairəsi - Həsən Ramil Sahib oğlu

92 saylı Zərdab-Ucar seçki dairəsi - Əliyeva Jalə Fazil qızı

93 saylı Bərdə şəhər seçki dairəsi - Yıldırım Fatma Vidadi qızı

94 saylı Bərdə kənd seçki dairəsi - Oruc Zahid Məhərrəm oğlu

95 saylı Tərtər seçki dairəsi - Alıyev Sahib Eyvaz oğlu

96 saylı Goranboy-Naftalan seçki dairəsi - Məmmədov Anar İlyaz oğlu

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi - Vəliyev Ağalar İsrəfil oğlu

98 saylı Şəmkir şəhər seçki dairəsi - Qafarova Sahibə Əli qızı

99 saylı Şəmkir kənd seçki dairəsi - Həsənov Nurlan Urfan oğlu

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi - Bayramov Kamran Fərhad oğlu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi - Elşad Mirbəşir oğlu

102 saylı Samux-Şəmkir seçki dairəsi - Səfərov Nizami Abdulla oğlu

103 saylı Gədəbəy seçki dairəsi - Hüseynova Sevinc Əmirəhməd qızı

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi - Nağiyev Arzu Nəsib oğlu

105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi - Ağayeva Ülviyyə Cavanşir qızı

107 saylı Qazax seçki dairəsi - Seyidov Səməd İsmayıl oğlu

108 saylı Ağstafa seçki dairəsi - Cəfərov Nizami Qulu oğlu

109 saylı Balakən seçki dairəsi - Məhəməliyev Nəsib Məhəmməd oğlu

110 saylı Zaqatala seçki dairəsi - Musayev Elşən Məmmədhənifə oğlu

111 saylı Zaqatala-Balakən seçki dairəsi - Əliyeva Kamilə Əli Ağa qızı

112 saylı Qax seçki dairəsi - Kərimli Azər Şəmşid oğlu

113 saylı Şəki şəhər seçki dairəsi - İskəndərov Vüqar Yapon oğlu

114 saylı Şəki kənd birinci seçki dairəsi - Məsimli Əli Əhməd oğlu

115 saylı Şəki kənd ikinci seçki dairəsi - Feyziyev Cavanşir Əyyub oğlu

116 saylı Qəbələ seçki dairəsi - Heydərov Fəttah Səməd oğlu

117 saylı Oğuz-Qəbələ seçki dairəsi - Naxçıvanlı Aqiyə Həbib qızı

118 saylı Ağdam şəhər seçki dairəsi - Əliyev Bəxtiyar Həmzə oğlu

119 saylı Ağdam kənd seçki dairəsi - Sadıqov Bəxtiyar Yusif oğlu

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi - Məmmədov Ceyhun Valeh oğlu

121 saylı Laçın seçki dairəsi - Abbaszadə Mahir Tapdıq oğlu

122 saylı Xankəndi seçki dairəsi - Gəncəliyev Tural Babaşah oğlu

123 saylı Kəlbəcər seçki dairəsi - Məmmədov Aqil Sadıq oğlu

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - Məmmədov Elman Camal oğlu

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İsmayılov İmamverdi İbiş oğlu

 

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 25-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. 

***

11.01

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Nəsib Şükürov və həmin kafedranın müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülşən Cəbi çıxış ediblər. N. Şükürov bildirib ki, 9 fevral seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla isə Ulduzə Həmidova və Gülnar Əhmədova çıxış ediblər. Onlar hakimlərin suallarını da cavablandırıblar.

Daha sonra hakimlər müşavirəyə gedib.

 

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrinə dair qərarı elan olunacaq.

***

10.22

Məruzəçi hakim Rövşən İsmayılov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 25-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Məruzəçi hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə  67 şikayət təqdim edilib, həmin  şikayətlər aidiyyəti üzrə göndərilib. Şikayətlər seçkinin nəticələrinə təsir göstərməyib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar 2431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 2247 nəfərə imza vərəqi verilib, 1774 nəfər imza vərəqini qaytarıb, 1637  nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Seçkiləri 59 beynəlxalq təşkilatdan 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi, 132 beynəlxalq KİV-dən olan 199 beynəlxalq KİV təmsilçisi, 77790 yerli müşahidəçi izləyib.

Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, hər kəs üçün açıq platformada və heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 230000-ə yaxın baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 80 faizi ölkə daxilindən, 20 faizi isə ölkə xaricindən həyata keçirilib.

Seçkidə 19 siyasi partiyanın namizədləri iştirak edib. Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 46,84 faiz olub. Başqa sözlə, seçici siyahılarına daxil edilmiş 5 359 015 (beş milyon üç yüz əlli doqquz min on beş) seçicidən 2 510 135 (iki milyon beş yüz on min yüz otuz beş) nəfəri seçkidə iştirak edib.

MSK sədri  deyib ki, daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli–Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. Komissiya, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.

***

10.07

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

 

***

07.59

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.

Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçirilib.

Firuzə Vahid

Digər xəbərlər