MSK-da Sloveniyanın fəxri konsulunun namizədliyi ilə bağlı məsələ müzakirə edilib

MSK-da Sloveniyanın fəxri konsulunun namizədliyi ilə bağlı məsələ müzakirə edilib
  • Clock-gray 16:28
  • calendar-gray 27 Yanvar 2020

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 17 saylı Yasamal Üçüncü Seçki dairəsindən deputatlığa namizəd olan Cavad Cavdovun şikayətinə baxılıb.

 APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R. İbrahimov bildirib ki, C. Cavadov MSK-ya yazılı müraciət edərək, həmin dairədən YAP-ın namizədi olan Elnur Allahverdiyin başqa dövlət qarşısında öhdəliyinin olduğunu bildirib:

“E. Allahverdiyevin Sloveniyanın fəxri konsuliu olması ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərilib. Sorğuya cavab olaraq, bildirilib ki, E. Allahverdiyevin fəxri konsulluq müddəti bitib və onun başqa dövlət qarşısında öhdəliyi yoxdur”.

R. İbrahimov qüeyd edib ki, fəxri konsul hansısa başqa dövlət qarşısında öhdəlik daşımır.

MSK Cavad Cavadovun şikayətini təmin etməyib.

         

Qeyd edək ki, C. Cavadov öz müraciətində bildirib ki, Sloveniyanın Azərbaycanda fəxri konsulu olan Elnur Allahverdiyevin Sloveniya hökümətinin təsdiq etdiyi fəxri konsullar haqqında təlimata həmin dövlət qarşısında kifayət qədər öhdəliyi var. Elnur Allahverdiyev isə dairə Seçki Komissiyasına sənədlərini təqdim edərkən sənəd imzalamışdır ki, onun başqa dövlətlər qarşısında öhdəliyi yoxdur.

Firuzə Vahid

Digər xəbərlər