MSK-nın qərarları ilə bağlı məhkəmələrə 229 şikayət daxil olub

MSK-nın qərarları ilə bağlı məhkəmələrə 229 şikayət daxil olub
# 05 mart 2020 12:33 (UTC +04:00)

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasından Bakı Apelyasiya Məhkəməsinə 72 şikayət ərizəsi daxil olub.

APA-nın məlumatına görə, bunu bu gün Konstitusiya Məhkəməsinin Plenumunun iclasında məruzəçi hakim Rəfael Qvaladze deyib.

O bildirib ki, Bakı Apelyasiya Məhkəməsinə daxil olan ərizələrdən 13 iş aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib, 16 iş üzrə iddia mümkün sayılmayıb, 2 iş üzrə iddia qismən təmin edilib, 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməyib.

Onun sözlərinə görə, Sumqayıt Apelyasiya Məhkəməsində Mərkəzi Seçki komissiyasının qərarı ilə bağlı 20 işə baxılıb. 12 iş üzrə iddia təmin edilməyib, 7 iş üzrə iddialar mümkün sayılmayıb, 1 iş isə aidiyyəti üzrə göndərilib.

“Gəncə Apelyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasının qərarları ilə bağlı 19 inzibati işə baxılıb. Onlardan 15 iş üzrə iddia təmin edilməyib, 4 iş isə aidiyyəti üzrə göndərilib.

Şirvan Apelyasiya 21 ərizə daxil olub. 16 ərizə təmin edilməyib, 4 ərizə mümkün sayılmayıb, 1 ərizə aidiyyəti üzrə göndərilib. Şəki Apelyasiya Məhkəməsinin məlumatına görə, həmin məhkəmədə MSK-nın qərarı ilə bağlı 18 ərizəyə baxılıb. 15 iş üzrə ərizələr təmin edilməyib, 3 iş üzrə isə ərizələr mümkün sayılmayıb. Naxçıvan Ali Məclisinin məlumatına görə, MSK-nın qərarından məhkəməyə 1 ərizə daxil olub və iddia təmin edilməyib” – deyə məruzəçi hakim bildirib.

Rəfael Qvaladze deyib ki, Ali Məhkəmənin məlumatına görə, həmin məhkəmə tərəfindən 78 işə baxılıb. Onlardan 64 iş üzrə Apelyasiya Məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılıb. 3 iş üzrə məhkəmə qərarları ləğv edilib, 9 iş üzrə isə şikayət mümkün sayılmayıb, 2 iş geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR