Niderland Kralı Prezident İlham Əliyevi təbrik edib

Niderland Kralı Prezident İlham Əliyevi təbrik edib
# 22 may 2020 17:59 (UTC +04:00)

Niderland Kralı Villem-Aleksandrdan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.

İcazə verin ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş çağırış olduğunu da bildirmək istəyirəm.

Koronavirusa qalib gəlmək üçün birgə səylərimizi davam etdirdiyimiz bir vaxtda Sizə, hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, qüvvət və cansağlığı diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR