Parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçmiş müşahidəçilərin sayı açıqlanıb

Parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçmiş müşahidəçilərin sayı açıqlanıb
  • Clock-gray 16:54
  • calendar-gray 07 Fevral 2020

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77721 yerli müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

M. Pənahov qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

M. Pənahov əlavə edib ki, həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7603 məşvərətçi səs hüquqlu komissiya üzü, 2085 vəkil qeydiyyatdan keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi yanvarın 30-dək olan dövrü əhatə edib. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına fevralın 4-dək təqdim etməli idilər. 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date