Parlament seçkilərində qadın deputatlığa namizədlərin sayı məlum olub

Parlament seçkilərində qadın deputatlığa namizədlərin sayı məlum olub
# 03 fevral 2020 11:07 (UTC +04:00)

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək qadınların sayı məlum olub.

APA-nın məlumatına görə, deputatlığa namizədlərin 299 nəfəri, başqa sözlə, 22,58 faizi qadındır.

Kişi deputatlığa namizədlər isə 1025 nəfərdir. Yəni deputatlığa namizədlərin 77,42 faizi kişidir.

Qeyd edək ki, hazırda 1324 deputatlığa namizəd var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR