Qulamhüseyn Əlibəyli yenidən Aydınlar Partiyasının sədri seçilib

Qulamhüseyn Əlibəyli yenidən Aydınlar Partiyasının sədri seçilib
# 11 yanvar 2021 12:01 (UTC +04:00)

Yanvarın 10-da Aydınlar Partiyasının videokonfrans formatında növbəti qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda partiyanın fəaliyyəti haqqında partiya sədri Qulamhüseyn Əlibəylinin məruzəsi dinlənilib. Müzakirələrdə partiya sədrinin birinci müavini Qorxmaz İbrahimli, təşkilat məsələləri üzrə müavini Xanoğlan Əhmədov, siyasi məsələlər üzrə müavini Fuad Məmmədov, Nəzarət Təftiş Komissiyasının sədri Pamiz Nəcəfli, Abşeron rayon təşkilatının sədri Araz Kazımlı, Şamaxı rayon təşkilatının sədri Ədalət Sübhanverdiyev, Masallı təşkilatının sədri Arif İbrahimli, Gədəbəy rayon təşkilatının sədri Vaqif Quliyev, Əfqan Əsədov, Selcan Araz və digər qurultay nümayəndələri çıxış ediblər.

Müzakirələrin sonunda hesabat dövründə partiyanın mərkəzi orqanlarının fəaliyyəti qənaətbəxş hesab olunub Partiyanın təşkilati strukturlarının möhkəmləndirilməsi, mərkəzi orqanların fəaliyyətinin daha da gücləndirilməsi tövsiyyə olunub.

Açıq səsvermə yolu ilə Qulamhüseyn Əlibəyli yenidən Aydınlar Partiyasının sədri seçilib. Partiyanın Ali Məclisinin tərkibi təsdiq olunub və Nəzarət Təftiş Komissiyası yaradılıb.

Qurultaydan sonra Aydınlar Partiyası Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Ramiz Nəcəfli Ali Məclisin sədri, Əfqan Əsədov sədrin müavini, Arzu Əbdülova Ali Məclisin katibi seçilib. Partiya sədrinin təqdimatına əsasən Qorxmaz İbrahimli Aydınlar Partiyası Sədrinin birinci müavini, Fuad Məmmədov siyasi məsələlər üzrə müavini, Xanoğlan Əhmədov təşkilat məsələləri üzrə müavini, Qadir İbrahimli iqtisadi məsələlər üzrə müavini, Afaq Quliyeva partiyanın Qadınlar Şurasının sədri, Selcan Araz Gənclər Komitəsinin sədri təyin edilib, partiyanın Siyasi Şurası formalaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR