Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək
# 06 avqust 2020 14:03 (UTC +04:00)

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə spiker Sahibə Qafarova bildirib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sabahkı iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR