Səfa Mirzəyev yeni seçilmiş deputatlara vəsiqə verilməsi proseduruna aydınlıq gətirib

Səfa Mirzəyev yeni seçilmiş deputatlara vəsiqə verilməsi proseduruna aydınlıq gətirib
  • Clock-gray 15:48
  • calendar-gray 04 Mart 2020

Martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyəcəyi halda seçilmiş şəxslərə deputat vəsiqəsinin verilməsi proseduruna aydınlıq gətirilib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev APA-ya açıqlamasında deyib ki, icra hakimiyyəti sistemində çalışanlara deputat vəsiqəsinin verilməsi üçün onların ərizə yazaraq işdən çıxmaları lazımdır.

Milli Məclis Aparatının rəhbəri qeyd edib ki, yalnız bundan sonra həmin şəxslərin deputat səlahiyyətləri təsdiq olunacaq.

Qeyd edək ki, 5 mart tarixində Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcəyi təqdirdə, Milli Məclisin ilk iclası bir həftə ərzində keçirilməlidir. Seçki Məcəlləsinin 1-1.-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Mərkəzi Seçki Komissiyası tərəfindən deputat vəsiqələrinin ilk iclasda, yaxud ilk iclasa qədər veriləcəyinə gəlincə, S. Mirzəyev bildirib ki, deputat vəsiqələrinin verilməsi qaydasını məhz MSK özü müəyyən edir və bu məsələ MSK-nın səlahiyyətindədir.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date