Su təchizatı layihələri ekoloji ekspertizadan keçiriləcək

Su təchizatı layihələri ekoloji ekspertizadan keçiriləcək
  • Clock-gray 20:42
  • calendar-gray 10 Fevral 2020

Nazirl'r Kabineti "Sudan istifadə Qaydaları"nda dəyişiklik edilib.

APA-nın məlumatına görə, qərara əsasən, hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

Bu qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər