Tullantıların emalı müəssisələri üçün yeni tələblər müəyyənləşdirilib

Tullantıların emalı müəssisələri üçün yeni tələblər müəyyənləşdirilib
# 13 mart 2020 17:42 (UTC +04:00)

Tullantıların emalı müəssisələri üçün yeni tələblər müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, “İstehsalat və məişət tullantıları haqqında” qanuna nəzərdə tutulan əlavədə əksini tapıb.

Yeni tələblərə əsasən, təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəsisələrinin, habelə, bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Həmin emal müəsisələri, qurğular, poliqonlar ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsiri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər ediləcək.

Bu emal müəsisələri, qurğular, poliqonların fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda, və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.

Həmin emal müəsisələri, qurğular, poliqonlara dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynlxalq müqavilələrə uyğun olaraq, həll olunacaq.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR