® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO

® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..."  - FOTO - VİDEO
  • Clock-gray 13:04
  • calendar-gray 30 Yanvar 2020

Yanvarın 29-da 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunun “Şəms” mərasim evində seçiciləri ilə növbəti görüşü keçirilib. Qələbəlik bir seçici toplusu ilə keçirilən görüşdə namizədin vəkilləri ilə yanaşı, onun həmkarı, “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal, vəkilləri Saleh Məmmədov, şəhid atası, Qarabağ qazisi Hacı Əkbər Rüstəmov, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov və tanınmış telejurnalist Xoşqədəm Hidayətqızı da iştirak edib.

R.Arifoğlu görüşündə bu günə qədər sözügedən dairədə görülən işlərlə bağlı məlumat verib. Əhalinin problemlərindən xəbərdar olduğunu, hər görüşdə bu ərazinin ayrı-ayrı küçələrində insanların əziyyət çəkdiyi məsələləri öyrəndiyini deyən namizəd bunların həlli üçün də lazımi addımlar atdığını yada salıb.

Namizədin sözlərinə görə, onunla birlikdə bura bir jurnalist ordusu da gəlir və əhalinin problemlərinin müvafiq qurumlara çatdırılması, buraya xarici sərmayəni cəlb etmək üçün əllərindən gələni edəcəklər: “Hazırda ölkənin döyünən ürəyi bu dairədir. Və bu seçki dairəsinin ulduzu 35 saylı Xətai seçki dairəsidir. Hər kəs sizin dairənin namizədlərinin yarışmasından, mübarizəsindən nümunə götürür. Burada əsas qəhrəman sizlərsiz”.

R.Arifoğlu bildirib ki, zaman-zaman rəqibləri onu “hakimiyyətin adamı” adlandırırlar. Onun sözlərinə görə, hətta belə olsa da, buna şükr oxumaq lazımdır: “Bu imkanlar, əlaqələr bu əhali, insanlar üçündür. Əgər mən hakimiyyətin layihəsi olsaydım, bundan öncəki deputatınız Araz Əlizadə kimi seçicilərlə görüşməz, mandatı alıb oturardım. Mən bu insanların seçimi olmaq istəyirəm. Mənim bu günə qədər əldə etdiyim əlaqələri isə sizin üçün istifadə edəcəyəm. Mənim siyasət və media camiəsi ilə gözəl əlaqələrim var. Çünki 30 ildir bu dərdləri yazmışam. İndən belə isə bu dərdlərin həlli üçün çalışacam. 41 min insanın mənafeyi, hüquqlarının müdafiəsi üçün burdayam”.

Namizəd bildirib ki, millətin məmnuniyyətinin yaradılmasının tərəfdarıdır və hazırda bunun həlli üçün çalışırlar: “Mən qaza, işığa qoyulan limitin götürülməsi üçün təkliflər verəcəm. Əminəm ki, dövlət baba insanımızı düşünüb, bunu edəcək. Azərbaycanda aparılan islahat prosesinə inanıram. 2015-ci ildə namizədliyimi vermədim, çünki inanmırdım ki, mənim kimi düşünən biri parlamentdə təmsil oluna bilər. Amma indi elə bir dəyişiklik var ki, məsələ o qədər sadələşdi ki, dəyişikliyə inam ölkənin hər bir insanında da var. Hakimiyyətin üçüncü qolu olan parlamentin islahatı üçün addımlar atıldı. Parlament islahatı Azərbaycanda elə bir proses yaradıb ki, bu dəyişiklik ölkə boyu yayılıb. Hamımız bu islahatın iştirakçısıyıq”.

R.Arifoğlu bildirib ki, millət vəkili kimi maaşını aztəminatlı ailələrin yaxşı oxuyan tələbə övladlarına təqaüd kimi sərf edəcək: “Özümlə bərabər zəngin dostlarımı, zəngin millət vəkillərini də bu yardım üçün dəvət edəcəm. “Hərəyə 30 gənc oxudaq” kampaniyası təşkil etmək planım var: “Bunu etsək, görün ölkədə nə qədər rahatlıq olar, dövlətin yükü nə qədər azalar. Bu sistemi, bu yardımlaşmanı gətirmək lazımdır. Bu imkanları millətə, ölkəyə, dövlətə açmaq lazımdır”.

R.Arifoğlunun vəkili Hacı Əkbər Rüstəmov isə seçicilərə müraciət edərək, seçkilərdə R.Arifoğluna səs verməyə çağırıb: “Rauf Arifoğlu hər cəhətdən tamdır və verdiyi sözə əməl edən adamdır. Bu günə qədər keçdiyi həyat bunu düşünməyə əsas verir. Mən əminəm ki, sizlər Rauf bəyə səs versəniz, onu millət vəkiliniz kimi hər zaman axtardığınız yerdə tapacaqsız. Verdiyi sözə əməl edən millət vəkili olacaq. O, zatən millət vəkildir. Amma siz onu mandatlı millət vəkili edəcəksiz”.

Qarabağ qazisi, Xətai 35 saylı seçki dairəsinin seçicisi Polad Əliyev çıxışında R.Arifoğlunun hər zaman Qarabağ qaziləri ilə maraqlandığını deyib. Naximov küçəsinin sakini Məmməd adlı vətəndaş isə söz alaraq, son bir ayda R.Arifoğlunun rəhbərlik etdiyi “Yeni Müsavat” media qurumunun yazıb işıqlandırması ilə yoluna qoyulan problemlərdən danışıb. “Siz bizim yanımızdasız, Allah da hər zaman sizin üstünüzdə olsun” deyən seçicinin bu sözlərinə R.Arifoğlu “qazilər yanımda, şəhid ailələri, sakinlər yanımda, mənə kim bata bilər?” deyə cavab verib.

Gündəlik Teleqraf Media Qrupunun rəhbəri Aynur Camal isə çıxışında deyib ki, tədbirdə iştirak edən seçiciləri müşahidə edərək, onların gözlərində dərin bir inam müşahidə edib: “Mən əminəm ki, bu gün Rauf Arifoğluna inandığınıza, etimad göstərdiyinizə görə peşman olmayacaqsız. O, sizin parlamentdə səsiniz olacaq. Doğrudur, deputat səlahiyyətlərini aşan məsələlər var. Amma o, hər zaman sizin səsinizi dinləyəcək və səsinizin lazımi instansiyalara çatması üçün əlindən gələni edəcək. Bəzi deputatlar seçiləndən sonra seçicilərini unudublar. Amma Rauf bəy istisna olacaq. Çünki uzun illərdən bəri tanıdığım Rauf Arifoğlu vətənpərvərdir. Vətənini, insanını canından artıq sevən biridir. Onun sizə münasibəti doğmalarına olan münasibəti kimi olacaq. Növbəti 5 ildə siz yanılmadığınızı görəcəksiz. Əminəm ki, sizinlə birlikdə 10 fevralda Rauf Arifoğlunu təbrik edəcəyik”.

R.Arifoğlunun vəkili, tanınmış həkim Seyfəddin Əsəd isə çıxışında R.Arifoğlunu gəncliyindən bəri tanıdığını və onun fəaliyyətini yaxından izlədiyini bildirdi. Onun sözlərinə görə, bu ömür yolu seçicilərə onu seçmək üçün ciddi əsas və faktlardır: “Mən inanıram ki, Rauf bəyə səs verənlər çoxluq təşkil edəcək. Növbəti 5 ildə o, millət vəkiliniz kimi yanınızda olacaq. Mən də onunla birgə sizin yanınızda olacam və sağlamlığınızın qayğısına qalacam”.

R.Arifoğlu daha sonra söz alaraq, digər namizədlər, onun tərəfdarları barədə də danışdı. O dedi ki, biz qarşı tərəfə də, onun tərəfdarlarına da sayğı ilə yanaşırıq: “Biz hər kəsin seçiminə, sözünə sayğılıyıq. Mən onların da maraq və mənafelərini müdafiə etmək üçün hər şeyə hazıram. Mən təkcə səs verənləri yox, səs verməyənlərin də millət vəkili olacam. Onların da mənafelərini qoruyacam. Bir insan öz seçiminə görə təqib, tənqid olunmamalıdır. Biz bu dairəyə gələndən rəqiblərimiz bizim tədbirlərə öz tərəfdarlarını göndərirlər. Gəlib dinləsinlər. Amma onlar dinləmirlər, çığır-bağır salırlar... Mən deyirəm ki, bura daha layiqlisini axtaranlar gəlirlər. Seçimini etmisənsə, get seçimini etdiyin yerdə dayan. Ya da bura gəl, dinləməyi öyrən. İnsanları təhqir etmə, əl-qol atma”.

R.Arifoğlu həmçinin məlumat verib ki, 35 saylı Xətai seçki dairəsindən deputatlığa namizəd Gülşən Fərzəliyevanın onun xeyrinə namizədliyini geri götürüb. O, həmin namizədin də, onu seçəcəyini bildirən tədbir iştirakçılarının da etimadını doğruldacağını dedi.

Tanınmış telejurnalist Xoşqədəm Hidayətqızı səhhəti ilə bağlı tədbirə gec qatılıb. O, Xətai seçicilərini R.Arifoğluna səs verməyə çağırıb: “Mən düşünürəm ki, hər bir insan öz səsinə hörmət etməlidir. Mənim qardaş Türkiyədə xoşuma gələn odur ki, insanlar dünyanın harasında olursa-olsun, hətta hava limanında gedib səsini verir. Siz səsinizi verəcəksiz. Önəmli olan odur. O səs hər şeydən önəmidir və çox dəyəridir. Fevralın 9-da siz seçkiyə mütləq gedin və Rauf Arifoğluna səs verin. Mən əminəm ki, Rauf Arifoğlu sizin etimadınızı doğruldacaq. Siz gedib onu parlamentin qabağında gözləməyəcəksiz ki, ona öz problemlərinizi deyəsiz. Onun bir qəzeti var. Siz gedib hər zaman onu orda tapacaqsız, dərdinizi, sözünüzü deyəcəksiz”.

Tədbir digər tanınmış qonaqların və seçicilərin çıxışları ilə davam edib.

® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO"> ® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO" data-description="gallery" alt="® Rauf Arifoğlunun möhtəşəm görüşü - Seçicilər: “Biz seçimimizi etmişik..." - FOTO - VİDEO">
apa-logo-mini

Digər xəbərlər

Arxiv

date