Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib - FƏRMAN

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib - FƏRMAN
# 23 oktyabr 2019 16:18 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR