Vətəndaş və İnkişaf Partiyası AXH-dan çıxıb

 Vətəndaş və İnkişaf Partiyası AXH-dan çıxıb
  • Clock-gray 16:44
  • calendar-gray 02 Sentyabr 2019

Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki mövcud ümumi vəziyyət, VİP-in Azərbaycan Xalq Hərəkatında (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

VİP sədri Əli Əliyev AXH daxilində yaranmış vəziyyətə toxunaraq, müəyyən amillərin VİP-in Hərəkatda iştirakına xitam vermək zərurətini doğurduğunu diqqətə çatdırıb.

Siyasi Şurada keçirilən səsvermədən sonra VİP-in AXH-də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date