İnam Kərimov ASAN Xidmətin sədri vəzifəsindən azad olunub

 İnam Kərimov ASAN Xidmətin sədri vəzifəsindən azad olunub
# 21 aprel 2018 16:48 (UTC +04:00)

Prezident İlham Əliyev İnam Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, İnam Kərimov bu gün kənd təsərrüfatı naziri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR