"Mənim Prezidentim” illik fəaliyyətlərinin yekunu ilə bağlı tədbir keçirib - FOTOSESSİYA - VİDEO

"Mənim Prezidentim” illik fəaliyyətlərinin yekunu ilə bağlı tədbir keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 dekabr 2013 18:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu gün Bakıda “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu illik fəaliyyətlərinin yekunu ilə bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə Təşəbbüs Qrupunun təsisçiləri Seymur Hüseynov, Rauf Mərdiyev, Nərgiz Hüseynova və Şahin Seyidzadə çıxış ediblər.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov kampaniya çərçivəsində uğurlu layihə həyata keçirildiyini deyib: “Bu kampaniya yenə də davam etməlidir. Çünki bu kampaniya Azərbaycanın dünyaya tanıtdırılması, təbliği baxımından dəyərlidir. Mən bu gün həm də cənab prezidenti ad günü münasibətilə təbrik edirəm və əminəm ki, onun ətrafında birləşən ölkə gəncliyi onunla birgə Azərbaycanı parlaq gələcəyə aparacaqlar”.

Daha sonra “Mənim prezidentim” kampaniyasına dəstək vermiş tanınmışlar təltif olunub. Bunlar “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, 1news.az agentliyinin direktoru Rəhman Hacıyev, rejissor Ülviyyə Könül, şoumen Murad Dadaşov və “Park Bulvar” Ticarət Mərkəzinin piar meneceri Günay Malikqızı olub.

Qeyd edək ki, 2013- cü ildə fəaliyyətə başlayan “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaqdır.

Fəaliyyəti çərçivəsində “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu müxtəlif kampaniya və aksiyalar həyata keçirib. Keçirilən aksiyalar sırasına “Mənim Prezidentimə sual” kampaniyası, “Qırmızı lentlər” kampaniyası, “İnstagram” sosial şəbəkəsində “Azərbaycan 10 il” foto müsabiqəsi, “10 il gənclərin gözü ilə” foto sərgisi və “Qan vermə” kimi bir çox aksiyalar və kampaniyalar aiddir.

Ölkənin bir çox məşhur simalarının “Gələcək naminə İlham Əliyevə səs verək!” şüarı altında İlham Əliyevin namizədliyini dəstəkləyən sosial çarxların hazırlanması da qrupun fəaliyyətinə aiddir. Həmçinin sözləri İsmayıl Dadaşova, musiqisi və ifası T. Ağayevaya aid olan “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun himni hazırlanıb və klipi çəkilib.

Qrupun fəaliyyəti sosial şəbəkələrdə 1 600 000 gənc tərəfindən izlənilib, şəhərin müxtəlif 20 nöqtəsində xüsusi “Mənim Prezidentim” sosial reklamları vasitəsilə Təşəbbüs Qrupunun fəaliyyəti barədə 100 minlərlə gənc məlumat əldə edib. Qrup 9 oktyabr prezident seçkiləri günü Azərbaycanda ilk dəfə olaraq virtual “Səs Verdim!” kampaniyasını də keçirib. Bu proqram təminatı vasitəsi ilə insanlar onlayn olaraq öz seçimlərini bölüşmək imkanını əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR