MM bır sıra qanunlara əlavə və dəyişiklikləri qəbul edib

MM bır sıra qanunlara əlavə və dəyişiklikləri qəbul edib
# 01 may 2018 11:06 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihədə məcəlləyə hərbi vəziyyət və fövqəladə hallar zamanı bir sıra məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı cəzalar təklif edilir. Bura qeyd olunan vəziyyətlərdə mətbuatın, təşkilatların fəaliyyətinin məhdudlaşdırılması və sair məsələlər daxildir.

Layihə səsə qoyularaq qəbul olunub.

İclasda həmçinin Cinayət, Əmək, Miqrasiya məcəllələrinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Yol hərəkəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında" və "Müdafiə haqqında" qanunlara da təklif olunan dəyişikliklərlə bağlı layihələr ayrılıqda səsə qoyularaq qəbul olunub.

Dəyişikliklər hərbi vəziyyət və fövqəladə hallar zamanı qoyulan məhdudiyyətlərlə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR