MDB müşahidə missiyasının üzvü: “Seçkilər yüksək səviyyədə təşkil olunub”

MDB müşahidə missiyasının üzvü: “Seçkilər yüksək səviyyədə təşkil olunub”
# 11 aprel 2018 10:58 (UTC +04:00)

MDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır.

Müşahidəçi Marina Jenistova APA-ya açıqlamasında bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar”.

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın tərkibində 45 məntəqə var. Məntəqələrdən 6-sı N saylı hərbi hissələrdə yaradılıb.

Dairə üzrə ümumilikdə 43330 seçicinin səsvermədə iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR