Ziyafət Əsgərov:"Azərbaycanda seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək"

Ziyafət Əsgərov:"Azərbaycanda seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək"
# 20 fevral 2018 14:18 (UTC +04:00)

"Azərbaycanda seçki ilə bağlı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

“Ümumilikdə, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir. Buna görə heç kim narahat olmamalıdır”, - deyə o vurğulayıb.

Z. Əsgərov Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bağlı sualı da cavablandırıb: "Azərbaycan parlamenti tərəfindən artıq bütün parlament təşkilatlarını prezident seçkilərini müşahidə etmək üçün müraciətlər göndərilib. Eyni zamanda digər dövlət orqanlarımız, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası tərəfindən qeyri-parlament təşkilatlarına müraciətlər göndərilib və onların ilkin razılığı alınıb. Hesab edirəm ki, kifayət qədər beynəlxalq təşkilat prezident seçkilərini izləyəcək. Onların iştirakı ilə bağlı heç bir problem görmürəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR