“Güney Azərbaycan: mövcud durum və perspektivlər” mövzusunda elmi konfrans keçirilib

“Güney Azərbaycan: mövcud durum və perspektivlər” mövzusunda elmi konfrans keçirilib
# 19 mart 2007 12:49 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi Məclisinin təşkilatçılığı ilə “Güney Azərbaycan: mövcud durum və perspektivlər” mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda İran ətrafında gedən beynəlxalq proseslər və bu ölkədə yaşayan azərbaycanlılarının vəziyyəti müzakirə edilib. DAK İdarə Heyətinin üzvü Sabir Rüstəmxanlı Azərbaycan ziyalılarının daim güney məsələsinə gündəmdə saxladıqlarını, bölşmüş xalq olmağımızla bağlı elmi, bədii əsərlər yaratdıqlarını, buna görə dəfələrlə repressiyalara məruz qaldıqlarını bildirib. O, ABŞ-ın İrana verdiyi vaxtın başa çatmaq üzrə olduğunu qeyd edib və müharibənin başlayacağı halda bunun Azərbaycan üçün də fəsadlar törədə biləcəyini vurğulayıb.
Konfransda mövzu ilə bağlı məruzələr olub, politoloqlir, siyasi partiyaların təmsilçiləri məsələyə öz münasibətlərini bildiriblər. Sonda ölkə ictimaiyyətinə müraciət qəbul olunub. Müraciət müəllifləri İran ətrafında gərginliyin yüksək həddə çatdığına diqqət çəkərək İrana hərbi müdaxilə olacağı halda hökuməti qonşu ölkədə yaşayan azərbaycanlıların müdafiəsi və təhlükəsizliyi üçün mümkün addımları atmağa çağırıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR