Los-Anceles şəhərində Novruz bayramı qeyd olunub

Los-Anceles şəhərində Novruz bayramı qeyd olunub
# 27 mart 2007 08:43 (UTC +04:00)
Los-Anceles şəhərinin əsasən fars mənşəli sakinlərinin yaşadığı Vestvud bulvarında keçirilən Novruz şənliklərində Azərbaycan da təmsil olunub. On minlərlə fars mənşəli amerikalının qatıldığı toplantıda rəqqas həmvətənimiz Namus Zöhrabovun ailəsi ilə birgə ifa etdiyi Azərbaycan rəqsləri tamaşaçıları heyrətə gətirib. Los-Ancelesdəki Baş Konsulluğumuzun əməkdaşları toplantıda çıxış edərək, müsəlman icmalarına Azərbaycan hökuməti adından öz təbriklərini çatdırıblar və şəhərin mətbuat orqanlarına müsahibə veriblər. Vestvud bulvarında keçirilən toplantıda “mələklər şəhəri”nin meri Antonio Villaraiqosa da iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR