Nyu-Yorkun “Grand Prespect Hall” konsert salonunda Azərbaycan-Amerika Cəmiyyətinin Novruz şənliyi keçirilib

Nyu-Yorkun “Grand Prespect Hall”  konsert salonunda Azərbaycan-Amerika Cəmiyyətinin Novruz şənliyi keçirilib
# 27 mart 2007 10:53 (UTC +04:00)
Nyu-Yorkun Bruklin hissəsinin məşhur “Grand Prespect Hall” konsert salonunda Azərbaycan-Amerika Cəmiyyətinin Novruz şənliyi keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, toplantıda Nyu-York və Nyu-Cersidən gəlmiş 300 yaxın qonaqla yanaşı, Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev də iştirak ediblər. Azərbaycan-Amerika Cəmiyyətinin sədri Tomris Azərinin APA-ya verdiyi məlumata görə, şənliyə Azərbaycandan övladlığa uşaqlar götürmüş amerikalı ailələr qatılıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR