Azərbaycan və türk diaspor qurumları Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər

Azərbaycan və türk diaspor qurumları Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər
# 13 aprel 2007 08:27 (UTC +04:00)
Bu barədə APA-nın ABŞ bürosuna Amerika Türkiyə Assosiasiyaları Assambleyasının baş katibi Oya Bain məlumat verib. Onun sözlərinə görə, diaspor qurumlarımız aprelin 22-də Nyu-Yorkun Times Square meydanı ilə yanaşı Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında böyük nümayiş keçirməyi planlaşdırır. Etiraz aksiyasında əsas diqqət Ermənistan Silahlı Qüvvələrinin ötən əsrin əvvəllərində Anadoluda, əsrin sonunda isə Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə ayrılacaq. Aksiyalarda nümayiş etdirmək üçün erməni vəhşiliklərini ifşa edən xüsusi plakat və fotoşəkillər hazırlanıb. ATAA-nın baş katibi Oya Bainin sözlərinə görə, nümayişlərdə minə yaxın insanın iştirakı gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR