Azərbaycan diasporu: Kiyev, Xarkov, Nikolayev diversantlardan təmizlənib

Azərbaycan diasporu: Kiyev, Xarkov, Nikolayev diversantlardan təmizlənib
# 26 fevral 2022 11:28 (UTC +04:00)

“Kiyevdə səhər saatlarına qədər atışma davam edib”.

Bunu APA-ya açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu bildirib.

Onun sözlərinə görə, həyəcan siqnalı verilib, raket zərbələri gözlənilir: “Səhərə qədər dayanmadan raket zərbələri endirilib. Onu da deyim ki, ukraynalılar bu gecə tarix yazdı. Kiyevin hər küçəsi uğrunda gedən döyüşlər uğurla başa çatdı”.

Xəyyam Həqiqətoğlu deyib ki, Kiyev, Xarkov, Nikolayev diversantlardan təmizlənib, Ukrayna Ordusu Rusiyanın xüsusi təyinatlı qüvvələrini vurur.

O qeyd edib ki, yerli əhali təhlükəsizlik məqsədilə sığınacaqlara, metrolara yerləşdirilib: “Əli silah tutan hər kəs vuruşmağa davam edir. Hətta silahı olmayanlar “Molotov kokteyli” atır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR