Gələn il TDT-yə üzv ölkələrin diaspor təşkilatlarının Gənclər Forumu keçiriləcək

Gələn il TDT-yə üzv ölkələrin diaspor təşkilatlarının Gənclər Forumu keçiriləcək
# 20 dekabr 2022 15:22 (UTC +04:00)

Gələn il Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatlarının Gənclər Forumu keçiriləcək.

APA xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə hazırlıq işləri başa çatıb:

"Gələcəkdə Avropa və Cənubi Amerika ölkələrindən də diaspor nümayəndələrini prosesə cəlb etmək niyyətindəyik. Təbii ki, media istiqaməti də çox vacibdir. Ortaq media, ortaq istiqamətlərin müəyyənləşdirilməsi müzakirə edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR