Rusiya KİV: Blogger Fuad Abbasov millətlərarası ədavət yaratmaqda şübhəli bilinir - VİDEO

Rusiya KİV: Blogger Fuad Abbasov millətlərarası ədavət yaratmaqda şübhəli bilinir - VİDEO
# 20 may 2019 22:18 (UTC +04:00)

Rusiya mətbuatı jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasovun həbs görüntülərini yayıb. Onun miqrasiya qanunvericiliyini pozduğu deyilir.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə , "Ren TV"-də yayılan görüntülərdə Fuadın əllərinə qandal vurulduğu, iki nəfər mülki geyimli şəxs tərəfindən polis avtomaşınına mindirildiyi nümayiş olunub.

Rusiya KİV-i F.Abbasovun Rusiyada milli zəmində münaqişələri qızışdırmaqda, millətlərarası dostluğu pozmaqda, ədavət yaratmaqda şübhəli bilindiyini yazıb. Həmçinin "Ren TV"-də qeyd olunub ki, Fuadın düşmənləri onun populizm və təxribatla məşğul olduğunu söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR