Ramiz Mehdiyev: "Ölkə prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin indiyə qədər olan fəaliyyətindən narazıdır" - YENİLƏNİB

Ramiz Mehdiyev: "Ölkə prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin indiyə qədər olan fəaliyyətindən narazıdır" - <span style="color: red;">YENİLƏNİB
# 24 aprel 2018 13:46 (UTC +04:00)

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, prezident İlham Əliyev Fuad Muradovla görüşərək ona konkret tapşırıqlarını verib. O deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.

Daha sonra Dövlət Komitəsi barədə danışan R. Mehdiyev qurumun fəaliyyətini tənqid edib, müəyyən nöqsanlara yol verildiyini vurğulayıb. O, F. Muradovun rəhbərliyi ilə indiyədək yol verilmiş nöqsanların aradan qaldırılacağına ümid etdiyini bildirib.

R. Mehdiyev daha sonra jurnalistlərə açıqlamasında qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin üzərində çoxlu vəzifələr durur və bu vəzifələrin öhdəsindən gəlmək üçün komitəyə gənc kadr sədr təyin olunub. Onun sözlərinə görə, ölkə prezidenti Komitənin indiyə qədər olan fəaliyyətindən narazıdır: “Komitənin sədri bu işi yaxşı təşkil edə bilməyib. Dünyadakı azərbaycanlılarla bağlı görülən tədbirlər üçün ayrılan vəsaitlər müəyyən halda ünvanına çatmayıb. Sədr öz səlahiyyətlərini yerinə yetirə bilməyib. Böyük tədbirlər keçiriblər, amma konkret işlər həllini tapmayıb. Ona görə də, cənab prezident komitə sədrinin vəzifədən azad edilməsi üçü sərəncam imzalayıb”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Fuad Muradov Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR