Avropa Oyunları 3 şəhərdə keçirilə bilər

Avropa Oyunları 3 şəhərdə keçirilə bilər
# 10 mart 2021 11:09 (UTC +04:00)

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını qəbul edəcək şəhərlərin siyahısında dəyişiklik planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, Polşanın Krakov və Malopolska şəhərlərinə Sileziya da qoşulmalıdır.

Təşkilatçılar bu şəhərdəki 55 min tamaşaçı tutumuna malik stadiondan yararlanmağı planlaşdırır. Bu arena atletika üzrə yarışları qəbul etməlidir.

Bu idman növünün Avropa Oyunlarının proqramına daxil edilməsi yaxın zamanda rəsmiləşməlidir. Bundan sonra təşkilatçılar Sileziyanın da yarışa ev sahibliyi edəcəyi ilə bağlı zəruri prosedurlar gerçəkləşdiriləcək.

Qeyd edək ki, III Avropa Oyunları 2023-cü il iyunun 9-25-də keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR