Azərbaycanda karantindən sonrakı ilk yarışın vaxtı dəyişdirilib

Azərbaycanda karantindən sonrakı ilk yarışın vaxtı dəyişdirilib
# 04 iyun 2020 15:13 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü qərarı mart ayından Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan idman yarışını təxirə salıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə 3 iyun - Ümumdünya Velosiped Gününə həsr olunmuş trek üzrə Federasiya Kubokunun vaxtı dəyişdirilib.

AzVİF turniri iyunun 6-da Respublika Velotrekində təşkilini planlaşdırırdı. Lakin ölkədə həmin günlər sərt karantin rejimi tətbiq olunacağından, yarış başqa tarixə - iyunun 9-na keçirilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək xüsusi karantin rejiminin tam izolyasiya şəklində ən sərt forması tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR