Fərid Mansurov idman qurğularının nə vaxt fəaliyyətə başlayacağına aydınlıq gətirib

Fərid Mansurov idman qurğularının nə vaxt fəaliyyətə başlayacağına aydınlıq gətirib
  • Clock-gray 10:54
  • calendar-gray 05 Mart 2021

Azərbaycanda koronavirus pandemiyası səbəbindən bağlanan idman qurğuları yaxın zamanda fəaliyyətini bərpa edə bilər.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.

O bildirib ki, hazırkı durumu nəzərə alan nazirlik bununla bağlı təkliflərini Operativ Qərargaha təqdim edib: “Bir ildir pandemiya davam edir. Operativ Qərargah tərəfindən məşq zallarının bağlanması tələb olunub. Buna baxmayaraq, olimpiya idman növləri yarışlara hazırlıq məqsədilə qapalı məkanda məşqlərini davam etdirilər. Bəzi idmançılar var ki, onlar bu gün də fəaliyyətsizdirlər. Nazirlik tərəfindən Operativ Qərargaha təkliflər təqdim olunub. İnanırıq ki, yaxın günlərdə bu məsələ həllini tapacaq. Məşqlərin keçirilməsi, zalların açılması nazirliyin icazəsi ilə deyil, pandemiya qaydalarına uyğun Operativ Qərargahın verdiyi qərarlarla nizamlanır. İstəyirik ki, idmançılar məşqlərə, zallara qayıtsınlar”.

ApaSport

Digər xəbərlər