Bakıda minik maşını “KamAZ”-ı vuraraq aşırıb - FOTO - VİDEO

Bakıda minik maşını “KamAZ”-ı vuraraq aşırıb - FOTO  - VİDEO
# 01 iyul 2022 01:24 (UTC +04:00)

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

“Nissan” markalı minik maşınını idarə edən sürücü yüksək sürətlə baş yolda olan “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “KamAZ”-ın içərisindəki yük yola dağılıb.

Yük maşını isə minik avtomobilinin üzərinə aşıb.

Qəza nəticəsində “Nissan”-nın sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR