"Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və Multikultural dəyərlər" adlı konfrans keçirilib - FOTO

"Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və Multikultural dəyərlər" adlı konfrans keçirilib  - FOTO
# 20 dekabr 2022 13:08 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və Multikultural dəyərlər" adlı konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Azərbaycandakı müxtəlif dini icmaların nümayəndələri, Milli Məclisin deputatları, həmçinin media mənsubları iştirak edib.

Konfransda Prezident İlham Əliyevin dünyəvilik və multikultural dəyərləri siyasi formada tənzimləməsi qeyd olunub, bu yöndə fikirlər səsləndirilib.

Mili Məclisin deputatı Ceyhun Məmmədov Qarabağ münaqişəsində dini məsələlərin siyasi rolundan bəhs edib: “Ermənistan uzun illərdir, deyir ki, Qarabağdakı münaqişə müsəlman-xristian münaqişəsidir. Müharibə dövründə də bu siyasət davam etdirildi. Lakin nəticə əldə edilmədi. Çünki Azərbaycanın həyata keçirdiyi siyasət bizim mövqeyimizin dəstəklənməsinə səbəb oldu. Azərbaycan tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri sayılır. Bu, həqiqətdir".

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bəzi dini qruplar daxilində dünyəvilik prinsipinə qarşı müəyyən fikirlərin səsləndirildiyini diqqətə çatdırıb:

“Bütün bunlar şəriət qanunları ilə müəyyən kanonik qanunların üz-üzə qoyulması deməkdir. Lakin bu, hər zaman uğursuzluqla nəticələnir. Çünki Azərbaycana dünyəvilik kənardan ixrac edilmir. Bu, Azərbaycanın özünün sahib olduğu dəyərdir”.

Çıxışlar bitdikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR