QMİ-də Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru ilə görüş keçirilib

QMİ-də Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru ilə görüş keçirilib
# 18 iyul 2022 17:22 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda səfərdə olan Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru Qadi Qroniçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İdarədən APA-ya verilən xəbərə görə, QMİ sədrinin müavini Qəmərxanım Cavadlı Şeyxülislam Allahşükür Paşazadənin salam və xeyir-dualarını qonaqlara çatdırıb. Ölkəmizdə din-dövlət münasibətlərinin vəziyyəti, multikultural dəyərlər və tolerantlıq mühiti barədə ətraflı məlumat verən Qəmərxanım Cavadlı bildirib ki, Azərbaycan bu sahədə əldə etdiyi uğurların və müsbət təcrübənin dünyada təşviqinə böyük əhəmiyyət verir.

Azərbaycana ilk dəfə gəldiyini deyən Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru Qadi Qroniç burada yəhudi icmasına və digər dini konfessiyalara göstərilən tolerant münasibətdən məmnun qaldığını bildirib. Qadi Qroniçin sözlərinə görə, Azərbaycandakı multikulturalizm dünya üçün əsl nümunə sayla bilər. O, qeyd edib ki, Avropada yəhudi və müsəlman icmalarının yaxınlaşmasından narahat olan bəzi siyasi qüvvələr var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR