QMi sədri Səudiyyə Ərəbistanına səfər edir

Allahşükür Paşazadə

© APA | Allahşükür Paşazadə

# 10 may 2022 12:23 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Məkkəyə səfərdən öncə QMİ sədri Ulu Öndərin Anım günündə - anadan olmasının 99-cu ildönümündə Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin məzarı başında əziz xatirəsini yad etdi, ruhuna dualar oxuyub. Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı başında ruhunu yad edib.

Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək Şeyxülislam şəhidlərimizi yad edərək Allahdan rəhmət diləyəcək, ruhları üçün dualar edəcək. Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının - Rabitə təşkilatının 11 may tarixində Krallığın paytaxtı Ər-Riyadda «Dinlərin davamçılarının ortaq dəyərləri» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcək.

Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük töhfələr verə biləcək ortaq dəyərləri müzakirə ediləcək. İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsanın dəvət məktubunda bu sahədə «töhfələr verəcək şəxslərin öncüllərindən» kimi dəyərləndirdiyi QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda məruzə ilə çıxış edəcək.

Səudiyyə Ərəbistanın kralı, İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətləri və Vəliəhd - Məhəmməd bin Salman həzrətlərinin beynəlxalq konfrans iştirakçıları ilə görüşü mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR