Ötən il İlahiyyat İnstitutuna qəbul olan əcnəbi tələbələrin sayı açıqlanıb

Ötən il İlahiyyat İnstitutuna qəbul olan əcnəbi tələbələrin sayı açıqlanıb
  • Clock-gray 18:07
  • calendar-gray 28 Yanvar 2021

2020-2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin I tədris ilinə Dinşünaslıq ixtisası üzrə 35 tələbə, İslamşünaslıq ixtisası üzrə 36 tələbə və 3 əcnəbi tələbə, Dinşünaslıq ixtisasına magistratura səviyyəsi üzrə 3 magistrant, doktorontura səviyyəsi üzrə isə 2 nəfər doktorant qəbul olunub. 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında İnstitutun rektoru Aqil Şirinov bildirib.

O qeyd edib ki, tələbələrin təhsildə yüksək nəticələr əldə etmələri və dünyagörüşlərinin formalaşması məqsədilə tədris ili boyunca onlarla fərdi görüşlər aparılıb. Sosial müdafiəyə ehtiyacı olan 44 tələbə müəyyən edilərək, Mənəvi Dəyərlərin Təbliği Fonduna sosial yardımla bağlı müraciət ünvanlanıb, həmin tələbələr Fondun hesabına aylıq əlavə təqaüdlə təmin olunublar.

Günay Elşadqızı

Digər xəbərlər